SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Aprelin 27-28-də erməni silahlı birləşmələrinin Tərtər və Ağdam ətrafı kəndləri artileriya silahları ilə atəşə tutmasından sonra evi dağılan və zərər çəkmiş sakinlər yaşayış məntəqələrini tərk etməsə də, hələ də təşviş içərisindədir.

ANS-in Qarabağ bürosunun müxbiri Ramil İbrahimov birbaşa efirdə zərərçəkmişlərin harada yerləşdirilməsi, atəşkəs pozuntusu zamanı yaralananların son durumu və təmas xəttindəki vəziyyətlə bağlı məlumat verib. 

Onun sözlərinə görə, son üç gündə təmas xəttində ağır artileriya silahlarının səsi eşidilmir. Yalnız avtomat və pulemyotlardan, yüngül artileriya silahlarından atəş səsləri qeydə alınır. 

Qeyd edilib ki, artıq sakinlər bu cür vəziyyətə alışdığından yalnız evi dağılmış ailələr kəndə dönməyiblər. Həmin evlərin sakinləri rayon mərkəzlərindəki və ya başqa yaşayış məntəqələrindəki inzibati binalara yerləşdiriliblər. 

Digər sakinlər isə kənddə yaşamaqda davam edirlər. Lakin insanlar təsərrüfatla məşğul ola bilmirlər. Həmçinin mal-qaranın örüşə çıxması mümkün deyil.
 
BAKU.WS