SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
ANS-in  Qarabağ bürosunun müxbiri Ramil İbrahimov cəbhədə son vəziyyətlə bağlı məlumatları çatdırıb. Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin və KİV-lərinin ordumuz tərəfindən əldə olunan yüksəkliklərin geri qaytarılması haqqında yayılan xəbərlərin yalandır.

"Azərbaycan ordusu Talış kəndi ərazisindəki yükəsəkliklərə nəzarət edir. Və həmin yüksəkilərdə Azərbaycan bayrağı dalğalanır. Bu o, ərazilərdir ki, 23 ildir ki, ora azərbaycanlı ayağı dəymirdi. Biz Ermənistan ordusunun tərk edib getdiyi mövqelərdə olduq. Azad edilən döyüş mövqelərindən birini əvvəllər biz 2 km uzaqlıqdan-Goranboyun Tap Qaraqoyunlu kəndindən çəkib göstərməyə çalışırdıq. Artıq biz həmin posta özümüz bir başa daxil olub içəridəki mənzərəni öz gözlərimizlə gördük. Orada ermənilərə məxsus silah-sursat, yeməklər və s əşyalar var idi”- deyə bölgəyə ezam olunmuş xüsusi müxbir Ramil İbrahimov bildirdi.

Daha sonra müxbir söylədi ki, Ermənistan tərəfi atəşkəsə yenidən riayət etmir. Ermənilər Azərbaycan ordusunun yeni müvqelərini iri çaplı silahlardan atəşə tutmaqda davam etsə də , əsgərlərimiz razılaşmaya sadiqlik nümayiş etdirir. Tərtər istiqamətində də nisbi sakitlikdi, atəş səsləri hələ ki eşidilmir.

ANS-in cəbhə bölgəsinə ezam olunmuş digər müxbiri Xatirə Məmmədova isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olub.  Ötən gün  Füzuli rayonu Əhmədbəyli kəndinə getdiklərini söylən müxbir hazırda təmas xəttinə yaxın digər kəndlərdə -Cocuq mərcanlı, Alxanlı kəndlərində də atəş səslərinin müşahidə olunmadığını  bildirdi. O, əlavə etdi ki, yalnız ötən gün Alxanlı kəndi erməni hərbi qüvvələrinin atəşinə məruz qalıb. 
 
BAKU.WS