VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cahangir Əliyev İkinci Qarabağ müharibəsində gözünü qırpmadan düşmənə ağır zərbələr vurub. 8 nəfərlə Murovdağ istiqamətində ermənilərə qarşı ağır döyüşlərdə fəal iştirak edib.

BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, həmin vaxt yoldaşlarından 4 nəfər şəhid olub. Yanlarına düşən minomyot 22 yaşlı topçu Cahangir Əliyevi ağır yaralayıb.

Bakıda Mərkəzi Hərbi Klinik Hospitalda yerləşdirilib və 2 ay komada qalıb. Aldığı zərbə nəticəsində sol tərəfdən kəllə sümüyü sınıb, barmaqları qopub.

Qazimizin evində olan əməkdaşlarımız hazırda hospitalda müalicəsini davam etdirən Cahangir Əliyevlə videobağlantı yarada bilib.

Qazimizin atası deyir ki, oğlu sentyabrın 27-də hər kəs kimi döyüşə yollanıb. Bir neçə gün Cahangirdən xəbər ala bilmədikdə onlara övladlarının şəhid olduğu xəbəri verilib. Ancaq sonradan ağır yaralandığı məlum olub.

Qeyd edək ki, 22 yaşlı qazi Cahangir Əliyev bu yaxınlarda "Yaşat" fondunun dəstəyi ilə Türkiyədə müalicəsinin davam etdirilməsi üçün yola salınacaq.

BAKU.WS
VİDEO