SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan ordusunun daha bir itkin düşmüş hərbi qulluqçusunun nəşi tapılaraq dəfn edilib.

Məlumata görə, Muradov İbrahim Valeh oğlu Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşmüşdü.

O, sonuncu dəfə ailəsi ilə 2 oktyabr tarixində əlaqə saxlayıb, ondan sonra isə heç bir xəbər almaq mümkün olmayıb.

Bu gün isə 111 gün sonra ailəsinə İbrahimin şəhid olması bildirilib və nəşi tapılaraq ailəsinə təhvil verilib.

İbrahim Muradov Gəncə şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

BAKU.WS