SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycandakı ortaq Rusiya-Türkiyə müşahidə mərkəzi iki ölkədən bərabər sayda əsgər qəbul edəcək.

BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov danışıb.

Onun sözlərinə görə, Moskva və Ankara Dağlıq Qarabağdakı atəşkəsə nəzarət üçün ortaq mərkəz barədə razılığa gəlib.

Bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi atəşkəsə nəzarət etmək üçün Dağlıq Qarabağda ortaq monitorinq mərkəzinin yaradılması ilə bağlı Rusiya ilə saziş imzalandığını elan etmişdi.

Generalın sözlərinə görə, 11 noyabrda Rusiya Müdafiə Nazirliyi ilə Türkiyə Müdafiə Nazirliyi arasında imzalanan memoranduma uyğun olaraq Atəşkəsə və Bütün Hərbi Əməliyyatlara Nəzarət Birgə Rusiya-Türk Mərkəzinin yerləşdirilməsi və istismarı qaydaları barədə razılıq əldə olunub.

"Mərkəz Azərbaycan ərazisində yerləşəcək. Birgə mərkəzin təşkilati strukturundakı rus və türk kadrların sayı bərabər olacaq", - deyə Konaşenkov vurğulayıb.

BAKU.WS