Kəlbəcəri tərk edən sonuncu ermənilər - Əllərinə nə keçir Ermənistana aparırlar - VİDEO

Kəlbəcər rayonunu tərk etməyə hazırlaşan erməni sakinlər tikililəri sökürlər, ağacları kəsirlər, dəmir və taxta dirəkləri maşınlara yükləyirlər, ərazidə iri ölçülü borular daşıyan yük maşını da görünür.
BAKU.WS "BBC News Azərbaycanca"ya istinadla xəbər verir ki, od vurulmuş evlərin üzərindən tüstü qalxır.
Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
Rayon 27 il sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı atəşkəs bəyanatına əsasən noyabrın 15-də Azərbaycana qaytarılmalı idi.
Lakin Ermənistan rayondan çıxmaq üçün daha 10 gün vaxt istədi və bu səbəbdən rayon noyabrın 25-i təhvil verilir.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...