VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəbhədə düşmənə sözün əsl mənasında qan udduran, Ermənistana məxsus 10-dan çox texnikanı ələ keçirən və yaralı yoldaşlarını döyüş meydanından çıxararkən şəhid olan diviziyanın qərargah rəisi mayor Ramil Ağayevin şücaətinə görə indi onunla yalniz ailəsi, yaxınları deyil, bütün Azərbaycan qürur duyur.

BAKU.WS Xəzər TV-yə istinadla xəbər verir ki, cəbhə bölgəsində düşmənə məxsus 12 tankı və digər texnikaları onun şəxsən özü ələ keçirib. Yüzlərlə ermənini şəxsən məhv edən də Topçu Mayor Ramil Ağayevdir.

Döyüş meydanında düşmənin canına vəlvələ salan Ramilin qəhrəmanlığından indi hər kəs qürur hissi ilə danışır. Sumqayıtda yaşayan ailəsinin isə ürəyi lap doludur.

Bu ada layiq olduğunu Ramil əvvəllər də dəfələrlə sübut edib. Xidmət etdiyi Hərbi Hissədə Diviziyanın Qərargah rəisi olan qəhrəmanımız 2016-cı ildə Aprel döyüşlərində də böyük şücaət göstərib və bir sıra fəxri ada, medallara layiq görülüb. Onları evdə göz bəbəyi kimi qoruyan Sevil xanım deyir ki, Ramil ona yalnız həyat yoldaşı deyil, həm də ən yaxın dost, sirdaş olub.

Ramil Cəbrayıl rayonunun alınmasında fəal iştirak edib. Füzuli istiqamətində gedən döyüşlərdə isə şəhidlik zirvəsinə yüksəlib. Bu uca məqam haqda məğrur duruşu ilə insanda ruh yüksəkliyi yaradan, amma gözlərindəki kədəri gizləməyi bacarmayan Şərafət Anadan eşidək.

Mayor Ramil Ağayev öz vəsiyyəti ilə doğulub boya-başa çatdığı Lerik rayonunda dəfn edilib.

BAKU.WS