SİZİN REKLAM BURADA!
055 213 76 73


 
21-22 apreldə Rusiyanın xarici işlər naziri Serqey Lavrov Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Kremlin planını Ermənistan hakimiyyətiylə müzakirə üçün Yerevana gəlir.
 
BAKU.WS-in məlumatına görə, Ermənistan fəalları 21 apreldə Yerevanda Azadlıq meydanında Lavrovun səfərinə etiraz əlaməti olaraq böyük aksiya keçirəcəklər. Yürüş Ermənistan Xarici İşlər Nazirliyi və Rusiya səfirliyinin qarşısına qədər davam edəcək. Aksiya iştirakçıları hər iki ölkənin xarici siyas idarələrinin rəhbərlərinə öz tələblərini səsləndirməyə çalışacaqlar. 

Etirazçılar Rusiya tərəfindən Azərbaycanın silahlandırılmasına da kəskin reaksiya göstərməyi planlaşdırırlar. Görünür Rusiyanın Qarabağ məsələsindəki dəyişən mövqeyi erməniləri qane etmir. Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prosesi artıq Yerevanda əhali tərəfindən narahatlıqla qarşılanıb. İşğalçı ölkənin fəalları vəziyyətdən istifadə edərək xalq qarşısında xal qazanmağa çalışır. Şübhəsiz ki, Azərbaycanın beynəlxalq normalara uyğun olaraq ərazi bütövlüyünü təmin etmək istəyi reallaşacaq.
 
BAKU.WS