Prezidentdən əhaliyə müjdə - İşğaldan azad olunan yeni ərazilərin adları açıqlanacaq - VİDEO

"Bildiyiniz kimi indi Vətən müharibəsi gedir. Yaxşı nəticələr var. Bir çox şəhərlər, kəndlər işğalçılardan azad edilib. Demək olar ki, hər həftə Azərbaycan xalqına bu haqda məlumat verirəm".
BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Türkiyə Respublikasının keçmiş Baş Naziri Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, bu gün də yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir:
"İlkin məlumatlar gəlib. İnşallah, sona qədər bu haqlı davamızı davam etdirəcəyik. İşğalçıları torpaqlarımızdan qovacağıq".
Oxşar xəbərlər
İlham Əliyev Azərbaycan xalqına müraciət edib - VİDEO - YENİLƏNİB
Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin müraciəti- Əziz...
