SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın indiki dövrdə Dağlıq Qarabağı işğal altında saxlaması heç bir halda mümkün deyil. Məhv edilən hərbi texnika, RƏM sistemləri, artilleriya qurğuları, silah anbarları, itirilən 4 rayonun ərazisi və zərərsizləşdirilən minlərlə hərbçilər İrəvanın məğlubiyyətinin bariz nümunəsidir.

Azərbaycan ordusunun həmlələri zamanı xeyli sayda hərbçi itirməmək üçün geri çəkilməyə məcbur olduqlarını açıqlayan Ermənistan Müdafiə Nazirliyinin rəsmisinin bu sözləri erməniləri aldatmaqdan başqa bir şey deyil. Ermənilərin geri çəkilməklə bağlı açıqlamaları həqiqət olsa da, bunun yanında minlərlə hərbçi itirməkləri də danılmaz faktdır. Ermənistan hakimiyyəti bunu ictimaiyyətə açıqlamaqdan qorxsa da, erməni hərbçilərin azad olunan və digər ərazilərdəki cəsədləri bu həqiqəti ortaya qoyur.

Ermənistan tərəfi hazırda məğlubiyyətdən qaçmaq üçün müxtəlif iyrənc üsullara əl atsa da, Azərbaycan tərəfini dayandıra bilmir. Dinc sakinlərin yaşadığı şəhərlərə ballistik raket atan düşmən rəsmi Bakını qorxutmaq və təxribata çəkməyi planlaşdırsa da, niyyətləri elə ürəyindəcə qalıb. Azərbaycan ordusu Ermənistandan fərqli olaraq heç bir dinc obyektə zərbə endirmir, Ermənistanın ərazisinə heç bir hücum həyata keçirmir, əksinə Dağlıq Qarabağda işğaldan azadetmə əməliyyatını davam etdirir. Azərbaycan ordusu qarşısında aciz duruma düşən ermənilər işğal altında olan torpaqlardakı mövqelərini qoyub qaçaraq canlarını qurtarmağı düşünürlər.

Bütün bunlarla yanaşı Ermənistan hakimiyyətinin bir addımı da var ki, Dağlıq Qarabağın artıq tez bir zamanda Azərbaycana bütünlüklə məxsus olacağından xəbər verir. Belə ki, özünü işğal altında olan Dağlıq Qarabağda yaradılan və heç kimin tanımadığı bir qondarma rejimin rəhbəri elan etmiş Araik Arutyunyan hərbi qərargahı Ermənistan ərazisində yaradıb. Bu artıq məğlubiyyətin rəsmən göstəricisidir. Əgər Araik Arutyunyan əvvəllər işğal altında olan ərazilərdə siçan kimi gizlənirdisə, indi bunu da edə bilmir və qorxaraq İrəvana üz tutub.

27 sentyabrdan bu yana Dağlıq Qarabağda erməni hərbçilərin kütləvi ölümü, itkin düşməsi və barələrində heç bir məlumatın verilməməsi Ermənistanda yerli əhalini də qorxuya salıb. Artıq ermənilər də Paşinyanın yarıtmaz və yanlış siyasətinə etiraz edir və övladlarının Azərbaycanın qanuni torpaqlarında əbəs yerə qırğına verildiyini bildirir.

Orxan Hüseyn
BAKU.WS