Zaqatalada dağlıq-meşəlik ərazidəki yanğının yayılmasının qarşısı alınıb - VİDEO
31
avq
2022
09:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Zaqatala rayonu Yuxarı Tala kəndində dağlıq-meşəlik ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən işlər davam etdirilir.
BAKU.WS xəbər verir ki, yanğının söndürülməsi hələlik mümkün olmasa da geniş ərazilərə yayılmasının qarşısı alınıb.
Qeyd edək ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
Oxşar xəbərlər
Zaqatalada dağlıq-meşəlik ərazidə yanğın başlayıb - FOTO/VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın olması barədə m...