Zaqatalada 5 yaşlı uşaq qaynar su olan qaba yıxılıb

Zaqatalada 5 yaşlı uşaq qaynar su olan qaba yıxılıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, rayonun Muxax kənd sakini 2017-ci il təvəllüdlü Xanım Bayram qızı Dəmirova bədənin çoxsaylı yanıq xəsarətləri Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı 5 yaşlı Xanım Dəmirovanın yaşadığı ünvanda qaynar su olan qabın içinə yıxıldığı məlum olub.
Xanım Dəmirovaya 2-3 dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub.
Xanım Dəmirovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...