Zakir Qaralov: "Nərminin öldürülməsi ilə bağlı cinayət işi dövlət başçısının xüsusi nəzarətindədir"
Baş prokuror Zakir Qaralov Tovuz rayonundakı azyaşlının öldürülməsi hadisəsi ilə bağlı konkret tapşırıqlar verib.
BAKU.WS xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov yanvarın 9-da Baş Prokurorluqda 2019-cu ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində məlumat verib.
Dövlət başçısının xüsusi nəzarətində olan və ictimaiyyəti narahat edən Tovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanıb, cinayət işi üzrə Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib.
Oxşar xəbərlər
Baş Prokurorluq Nərminin qətli ilə bağlı KİV-ə müraciət edib
Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri barədə yanvarın 7-də Daxili İşlə...