Yüksək surətlə hərəkət edən avtomobil aşdı - Yaralananlar var - FOTO

Yüksək surətlə hərəkət edən avtomobil aşdı - Yaralananlar var - FOTO
Foto
Hadisə 114

Tovuz rayonunda yol qəzası baş verib.

BAKU.WS-in bəlgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb. Rayon sakini 1984-cü il təvəllüdlü Yusifov Azər Səməndən oğlu idarə etdiyi "VAZ 21099" markalı avtomobili aşırıb.

Nəticədə maşın yol kənarındakı çuxura düşüb.

Sürücü ətrafdakı insanların yardımı ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyəti orta ağır olsa da, avtomobildə olan Toğrul adlı şəxsin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub.

İlkin məlumata görə qəza yüksək surət səbəbindən baş verib. Faktla bağlı araşdırma başlanılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər