Yol polisləri körpənin həyatını xilas etdilər - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Quba yolunda avtomobildə qıcolma keçirən körpənin köməyinə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci taqımının əməkdaşları (Saray postu) çatıblar.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, azyaşlının qəfildən vəziyyəti pisləşib. Valideynləri yaxınlıqda xidmət aparan YPX əməkdaşlarına müraciət ediblər.
Mövcud vəziyyətin çətinliyini görə polis inspektorları uşağı dərhal patrul avtomobili ilə yaxınlıqdakı xəstəxanaya çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra azyaşlının həyati təhlükəsi aradan qalxıb.
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Polislər dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib - FOTO
Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı Ayxan Hüseynli dənizdə boğulmaq təhlük...