Yol kənarında qarpız satan azərbaycanlını maşın vuraraq öldürüb (FOTO)

Yol kənarında qarpız satan azərbaycanlını maşın vuraraq öldürüb (FOTO)
Foto
Hadisə 3418
Axşam saatlarında Odessa-Kiyev yolunda Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.“Report”un məlumatına görə, bu barədə Milli Polisə istinadən UNN məlumat yayıb.Bildirilir ki, sözügedən yol ilə Odessadan gələn "Mercedes" markalı avtomobil idarəetməni itirərək qarşı zolağa çıxıb, oradan isə yol kənarında çadır quraraq qarpız satan Azərbaycan vətəndaşını və alıcı qadını vurub. Zərərçəkmişlər hadisə yerində keçiniblər."Qadın və kişi aldığı xəsarətlərdən yerində ölüb. Sürücü müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib", - deyə polisin məlumatında qeyd olunub.Hadisə yerində yol-nəqliyyat hadisələrinin araşdırılması üzrə istintaq-əməliyyat qrupu işləyir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yolu keçmək istəyən qadını maşın vurdu

Yolu keçmək istəyən qadını maşın vurdu

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS DİN-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini Y.Məmmədov idarə etdiyi...

846 Hadisə 21:01 25 iyul 2019

Son xəbərlər