Yol kənarına zibil tökən sürücülər cərimələndi - 500 manatdan 800 AZN-ə qədər - VİDEO
13
okt
2019
09:22
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yük avtomobilləri ilə daşıdıqları məişət tullantılarını yol kənarına boşaldan üç nəfər saxlanılıb.Həmin şəxsləri Binəqədi rayon 43-cü polis bölməsinin əməkdaşları ətrafda yaşayan sakinlərin şikayəti ilə tutub.Polis bölməsinə məlumat daxil olub ki, Binəqədi-Novxanı-Mehdiabad yolunun kənarına gecə saatlarında ''KamAz'' markalı yük avtomobilləri zibil tökür.Bölmə əməkdaşları həmin gecə əraziyə baxış keçirərkən məişət tullantılarını ora tökən üç yük avtomobilinin sürücüləri - Kərim Kərimli, İbrahim İbrahimov və Ozal Rzayevi saxlayıb.Saxlanılarkən onlar həmin yerə bir neçə vaxtdır ki, məişət tullantıları yox, bünövrə üçün qazılan ərazidən torpaq daşıyıb tökdüklərini deyiblər.Polis həmin şəxsləri bölməyə, avtomobillərini isə cərimə meydançasına aparıb. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Əraziyə gələn nazirliyin 11 saylı regional idarəsinin əməkdaşı Taleh Hacıyev deyib ki, əraziyə tökülən torpağa qarışdırılmış məişət tullantılarıdır.Qeyd edək ki, həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə fiziki şəxs qisimində 500 manatdan 800 manata qədər cərimə olunaraq məsuliyyətə cəlb ediliblər.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxşar xəbərlər
Polis əməkdaşları Qarabağ əlillərinə təzyiq göstərib? - BŞBPİ-dən açıqlama
"Sosial şəbəkələrdə polis əməkdaşlarının Qarabağ əlillərinə təzyiq göstərməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. İddia olunan hallarla bağlı Bakı Şəhər B...