Yevlaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
13
fev
2025
10:02
Yevlaxda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, fevralın 7-də Yevlax rayonunda piyada- 2005-ci il təvəllüdlü Əlamdar Sultanovu "Mercedes" markalı avtomobil vurub.
O, ağır xəsarətlər alaraq Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Lakin göstərilən tibbi yardımlara baxmayaraq fevralın 13-də orada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Xaçmazda aramsız yağan leysan nəticəsində 537 evi su basıb
Son iki gündə aramsız yağan leysan yağışları və rayon ərazisindən keçən çaylarda əmələ gələn sel suları Xaçmaz rayonu ərazisində bir sıra fəsadlar törədib. BAKU...