Yevlaxda avtomobil qəzası: Xəsarət alanlar var

Yevlaxda avtomobil qəzası: Xəsarət alanlar var
Hadisə 99

Yevlax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Yevlax-Xanabad yolunda qeydə alınıb.

Minik avtomobilinin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1990-cı il təvəllüdlü A.Ağayeva və 8 yaşlı qızı xəsarət alıb.

Yaralıların hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər