Yekaterinburqda 40-a yaxın avtomobil toqquşub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün səhər Yekaterinburqda 40-a yaxın avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Yekaterinburq Dairəvi Yolunun (EKAD) 85-ci kilometrliyində baş verib.
Yerli prokurorluğun ilkin məlumatına görə, qəzaya səbəb yolun bərbad vəziyyətdə olmasıdır.
Bildirilib ki, yollar buz bağladığından sürüşkən olub, üzərində qar uçqunu əmələ gəlib. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.
Zəncirvari yol qəzası ilə bağlı inzibati işi prokurorluq nəzarətə götürüb. Prokurorlar Yekaterinburq administrasiyasının və qışda yolların saxlanmasına cavabdeh olan təşkilatların fəaliyyətinə hüquqi qiymət verəcəklər.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...