Yatmış vəziyyətdə olan qadının boynundakı qızıl boyunbağını götürüb qaçdı

Yatmış vəziyyətdə olan qadının boynundakı qızıl boyunbağını götürüb qaçdı
Hadisə 44

Göygöl rayonunda ev sahibəsinə qarşı soyğunçuluq edilib.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 14-də saat 6 radələrində Göygöl rayonunun Sərkarlı kəndindəki evlərdən birinə girən naməlum şəxsin yatmış vəziyyətdə olan 82 yaşlı ev sahibəsinin boynundakı qızıl boyunbağını götürüb qaçması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Novruzov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə cinayət işi başlanılıb.

Araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sosial şəbəkələrdə “patı” və “şüşə” satan narkotacirlər saxlanıldı - VİDEO

Sosial şəbəkələrdə “patı” və “şüşə” satan narkotacirlər saxlanıldı - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, sosial şəbəkələ...

2733 Hadisə 10:40 06 iyul 2021

Son xəbərlər