Yataqxananı yandırıb, özünü pəncərədən atmaq istədi – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Kəlbəcər rayonundan olan məcburi köçkün yaşadığı evdə intihara cəhd edib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Gəncə şəhərinin Gülüstan qəsəbəsində Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkün ailəsinin yerləşdiyi yataqxanada baş verib.
Ruslan Orucov adlı şəxs ilk öncə yaşadığı evi yandırmağa cəhd göstərib. Bu cəhdin qarşısı alındıqda iki mərtəbəli binanın pəncərəsinə çıxaraq özünü atmaq istəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici dəstələri cəlb olunub.
Keçirilən tədbirlərlə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri intihara cəhdin qarşısını alaraq Ruslan Orucovu son anda xilas edə biliblər.
İlkin məlumata görə, intihara cəhd etmək istəyən şəxsin psixi problemləri var.
Qalereya
Oxşar xəbərlər
Bakının bu ünvanındakı mənzillər plana düşdü - VİDEO
Bakıda bir müddət əvvəl damı uçan yataqxana binası söküləcək. BAKU.WS APA TV-yə istinadla xəbər verir ki, təxminən bir ay ərzində yeni binanın tikintisi ilə bağ...