Yaşlı qadının çörəyini yeyib, pulunu oğurlayan şəxs həbs edildi - FOTO
17
iyn
2021
23:00
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 81 yaşlı qadına qarşı dələduzluq edən gənc həbs olunub.
BAKU.WS xəbər verir ki, Zaqataladan olan Kazımov Seyran Davud oğlu saxlanılıb və o faktı etiraf edib.
Qeyd edək ki, Seyran Kazımov 81 yaşlı Elmira Əzimovanın bankomatdan pul çıxartdığını görüb əlindəki zənbili alaraq kömək etmək istədiyini bildirmişdi. Qadınla birgə mənzilinə gedən fırıldaqçı ac olduğunu deyərək yemək yeyib, çay içib. Daha sonra isə qadının çantasında olan pulunu - 326 manatı götürərək aradan çıxmışdı.
Qalereya
Oxşar xəbərlər
Bakıda oğurluq: Yaşlı qadının çörəyini yeyib, pulunu oğurladı - VİDEO
Yaşlı qadının bankomatdan pul çıxartdığını görən dələduz onun əlindəki zənbili alaraq kömək etmək istədiyini bildirib. Qadınla birgə mənzilə gələn fırıldaqçı ac...