Yaponiyada 7,2 maqnitudalı zəlzələ olub
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın şimal-şərqində 7,2 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib.
APA-nın xəbərinə görə, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin ocağı Miyaqi əyalətinin sahilində, 60 km dərinlikdə yerləşib.
Meteoroloqlar Miyaqi əyalətində sahildə sunaminin hündürlüyünün 1 metrə çatacağını proqnozlaşdırır.
Mütəxəssislər hazırda zəlzələnin qəzalı Fukusima Atom Elektrik Stansiyasına təsir edib-etmədiyini araşdırır.
Dağıntı və tələfat barədə məlumat verilmir.
Qeyd edək ki, zəlzələ Fukusima, İbaraki, İvate, Saytamu və Tokioda hiss edilib.
Oxşar xəbərlər
Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib
Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD)...