Yanan "BakuBus"lara görə İVECO şirkətinin mütəxəssisləri Bakıya çağırıldı - RƏSMİ

Yanan BakuBuslara görə İVECO şirkətinin mütəxəssisləri Bakıya çağırıldı - RƏSMİ
Hadisə 636

"1 və 15 sentyabr tarixlərində “BakuBus” MMC-nin istismarında olan iki sərnişin avtobusunda baş verən yanğın hadisələri ilə bağlı araşdırma aparılıb. Mütəxəssislərin ilkin rəyinə əsasən, yanğının yüksək təzyiqli yağ borusunun pərçimdən qopması nəticəsində baş verdiyi ehtimal olunur".

Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat daxil olub.

BNA-nın məlumatında qeyd olunur ki, hadisənin istehsal xətasından qaynaqlandığı ehtimal edildiyindən artıq Fransanın İVECO şirkəti ilə danışıqlar aparılır:

"Şirkətin ixtisaslı mütəxəssisləri Bakıya dəvət edilib. Məlumat üçün bildiririk ki, 2015-ci ilin sentyabrından müntəzəm sərnişindaşımalarına cəlb edilən “BakuBus” avtobuslara gündəlik və dövrü texniki qulluq, təmir və dezinfeksiya işləri aparılır. Bu işlər istehsalçı şirkət tərəfindən təlim keçən və sertifikatlaşdırılmış texniki personal tərəfindən yerinə yetirilir.

Qeyd edək ki, eyni markalı avtobuslarda buna bənzər hadisələr 2018-ci ildə Fransada, 2019-cu ildə isə İtaliyada da baş verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər