Xüsüsi Təyinatlı Qüvvələrin komandanı veteranlarla görüşdü – FOTO/VİDEO

Xüsüsi Təyinatlı Qüvvələrin komandanı veteranlarla görüşdü – FOTO/VİDEO
Foto Video
Hadisə 189

Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin ildönümü ilə əlaqədar Xüsüsi Təyinatlı Qüvvələrdə anım mərasimi və veteranlarla görüş keçirilib.

Müdafiə Nazirliyindən BAKU.WS-ə istinadən verilən məlumata görə, mərasimdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olanların əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub, ehsan süfrəsi açılıb. Anım mərasimində Xüsüsi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyev, veteranlar və qazilər iştirak edib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib. Mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin büstü və Xüsusi Təyinatlı Qüvvələrin xatirə abidəsi qarşısına gül dəstələri qoyublar.

Bu gün keçirilən anım tədbirləri ilə yanaşı Xüsusi Təyinatlı Qüvvələr döyüş hazırlığının yüksəldilməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Hazırda da bir çox təlimlər icra edilməkdədir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ordumuz Naxçıvanda hərəkətə keçdi: ermənilər təşvişdə

Ordumuz Naxçıvanda hərəkətə keçdi: ermənilər təşvişdə

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri müasir silah və texnika ilə təmin olunub, Naxçıvan Muxtar Respubl...

8043 Hadisə 10:54 21 iyun 2016

Son xəbərlər