Xose Bernardonu bıçaqlayan tutuldu

11
noy
2019
10:41
Aparıcı Xose Bernando və Rəfael Hüseynovu bıçaqlayan şəxs saxlanılıb.BAKU.WS xəbər verir ki, hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisəni törədən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 1985-ci il təvəllüdlü A.Hüseynov Pirallahi RPŞ-nin keçirdiyi əməliyyat axtarış tədbirləri çərçivəsində saxlanılıb.Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1-ci (2 və daha artıq şəxsin sağlamlığına ağır zərər vurma) maddəsilə cinayətişi başlanıb.Qeyd edək ki, 1989-cu il təvəllüdlü Xose Bernardo və paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov Bakının Pirallahı rayonu ərazisində bıçaqlanıb. X.Bernando ilkin tibbi yardımdan sonra evə buraxılsa da, R.Hüseynovun vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir.
Oxşar xəbərlər
Xose Bernardo bıçaqlandı
Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç ta...
