Xızıdan qoyun oğurlayaraq qaçanlar Sumqayıtda ələ keçiblər - FOTO/VİDEO

Xızıdan qoyun oğurlayaraq qaçanlar Sumqayıtda ələ keçiblər - FOTO/VİDEO
Foto Video
Hadisə 401

Xızıda naməlum şəxslər rayon sakinin qoyununu oğurlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinə rayonun Altıağac qəsəbə sakini Q.Cəbiyevə məxsus bir baş qoyunun naməlum şəxslər tərəfindən oğurlandığı və həmin şəxslərin “Ford tranzit” markalı nəqliyyat vasitəsi ilə Bakı şəhəri istiqamətində hərəkət etdikləri barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əməliyyat tədbirləri həyata keçirilib və onların saxlanılması istiqamətində tədbirlər görülüb. RPŞ-nin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən həmin şəxslərə saxla işarəsi verilsə də, onlar əmrə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışıblar. Giləzi qəsəbəsi ərazisində onların saxlanılması üçün dəmir yolu üzərində yerləşən şlaqbaumdan istifadə olunan zaman isə həmin şəxslər şlaqbaumu qıraraq Bakı şəhəri istiqamətində hərəkətlərinə davam ediblər.

Keçirilən tədbirlərlə nəqliyyat vasitəsi Sumqayıt şəhəri yaxınlığında saxlanılıb. Avtomobildə olan Bakı şəhər sakini Samir Şıxıyev və Ağdam rayon sakini Fəxriyyə Babayeva polis şöbəsinin istintaq qrupuna təqdim olunublar.

Faktla əlaqədar Xızı RPŞ-nin İstintaq Qrupunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Hadisənin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində tədbirlər davam edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr

2019-cu ildə ölkə gündəmini silkələyən hadisələr

Artıq ilin sonuna az qalıb. Bi neçə gündən sonra 2019-ci il bizim üçün tarixə çevriləcək. Bəs bu il ölkəmizdə hansı cinayət və hadisələrlə yadda qalıb? 2019-cu...

2594 Hadisə 12:15 28 dekabr 2019

Son xəbərlər