Xırdalanda gecə ilə ağacları kökündən çıxarıb üstünü torpaqla örtdülər - FOTO\VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xırdalan şəhəri ərazisində ağaclar gecə ilə qanunsuz olaraq kökündən çıxarılaraq aparılıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə ötən gecə saat ikidə, Misir parkı ilə üzbəüz ərazidə qeydə alınıb.
Şikayətçinin sözlərinə görə, ərazidə obyekt tikintisi aparılır. Bu səbəbdən də ağacları çıxarıblar. Daha sonra ağaclar çıxarılan hissəni torpaqla örtüblər.
Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, ağaclar sözügedən ərazidəki qeyri-yaşayış obyektinin sahibi Abbas Yusifov tərəfindən götürülüb:
"Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə ilə Qalibiyyət küçələrinin kəsişməsində, Misir parkı ilə üzbəüz ərazidə ağacların götürülməsi faktı müəyyən edilib.
Xidmət rəsmisi Emin Əliəkbərov bildirib ki, araşdırma zamanı ağacların sözügedən ərazidəki qeyri-yaşayış obyektinin sahibi Abbas Yusifov tərəfindən götürüldüyü məlum olub.
Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır".
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...