Xəzərdə qanunsuz balıq ovu edən şəxslərə cinayət işi açılıb

Xəzərdə qanunsuz balıq ovu edən şəxslərə cinayət işi açılıb
Hadisə 36

Xəzər dənizində qanunsuz balıq ovu edən şəxslərə cinayət işi açılıb.

Bu barədə BAKU.WS-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırmalar zamanı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilən balıq və digər su bioresurslarının Xəzər dənizində qanunsuz ovunu edən şəxslərin idarə etdikləri üzmə vasitəsində nərə balıqları aşkar oldunduğuna görə 7 nəfər şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti səlahiyyətli quruma göndərilib.

Eyni zamanda Xəzər dənizində qanunsuz balıq ovu edən şəxslərə məxsus özüyeriyən motorlu üzmə vasitəsilərində dəyəri 1 760 və 6 820 manat təşkil edən nərə balıqların aşkar edilməsi faktına görə 2 cinayət işi başlanılaraq aidiyyəti üzrə daxili işlər orqanlarının istintaq qurumlarına göndərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DİN və DSX Xəzər dənizində birgə əməliyyat keçirib - Saxlanılanlar var - VİDEO

DİN və DSX Xəzər dənizində birgə əməliyyat keçirib - Saxlanılanlar var - VİDEO

Su polisləri Xəzər dənizinin dibi ilə çəkilən müxtəlif təyinatlı kabelləri kəsərək oğurlayan və körpə nərə cinsli balıqları qanunsuz olaraq ovlayan şəxslərə qar...

396 Hadisə 13:10 06 fevral 2021

Son xəbərlər