Xəzər rayonunda ƏMƏLİYYAT: İki qardaş və əmisi oğlu SAXLANILDI

Xəzər rayonunda ƏMƏLİYYAT: İki qardaş və əmisi oğlu SAXLANILDI
Video
Hadisə 185

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, tədbir zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri - 33 yaşlı Haqverdi Əhmədli, 35 yaşlı Mahir Əhmədov və qardaşı 26 yaşlı Elxan Əhmədov saxlanılıblar. Onlardan ümumilikdə 10 kiloqram 896 qram tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanıb.

Saxlanılanların narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satmaq məqsədi ilə əldə etdikləri məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, saxlanılanlardan Mahir və Elxan Əhmədovlar qardaşdır. Haqverdi Əhmədli isə onların əmisi oğludur

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib

Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandırmaqda təqsirləndirilən şəxslər həbs edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, D...

196 Hadisə 23:23 12 oktyabr 2026

Son xəbərlər