Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.
BAKU.WS xəbər verir ki, paytaxtın Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edən "Chevrolet" markalı nəqliyyat vasitəsinin sürücüsü Bayram Əhmədov saxlanılıb.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə sürücü B.Əhmədovun nəqliyyat vasitəsini idarəetmə hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandırmaqda təqsirləndirilən şəxslər həbs edilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, D...