Xətaidə açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Xətaidə açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
Foto Video
Hadisə 8

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Yanğınsöndürənlərin fəkadarlığı və peşəkarlığı sayəsində yanğının ərazidəki yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft və qaz boru kəmərləri və yaşayış evlərinə keçməsinə, böyük fəsadların yaranmasına imkan verilməyib.

***16:37

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın məhdudlaşdırılıb.

BAKU.WS xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general Hikmət Abbasov deyib.

Onun sözlərinə görə, hazırda soyutma işləri davam etdirilir.

Xidmət rəisi bildirib ki, yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.

*** 15:43

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.

Hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər