Xaçmazda itkin düşən oğlanın asılmış meyiti tapıldı - YENİLƏNİB - FOTO

Xaçmazda itkin düşən oğlanın asılmış meyiti tapıldı - YENİLƏNİB - FOTO
Foto
Hadisə 4

Xaçmaz rayonunun Fərzəlioba kəndi yaxınlığında meşəlik ərazidə ağacdan asılmış meyit tapılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Maqsudkənd kənd sakini 27 yaşlı Əliyev Pərvin Səbri oğlu olduğu məlum olub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit Xaçmaz morquna aparılıb.

Qeyd edək ki, P. Əliyevin martın 11-də Maqsudkənd kəndində evdən çıxıb bir daha geri dönmədiyi barədə polisə müraciət edilib. O, itkin kimi axtarılılırdı.

Faktla bağlı araşdırma aparılır.

***

Xaçmazda gənc oğlan itkin düşüb.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, rayonun Maqsudkənd kənd sakini 27 yaşlı Əliyev Pərvin Səbri oğlu martın 11-də saat 1 radələrində yaşadığı evdən çıxaraq, bir daha geri qayıtmayıb.

Onu görənlərdən Xaçmaz rayon Polis Şöbəsinə və 050 657 79 08 mobil nömrəsinə məlumat vermələri xahiş olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər