Putin Kemerovo şəhərinə gələrək, ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib (VİDEO)

Putin Kemerovo şəhərinə gələrək, ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verib (VİDEO)
Video
Hadisə 1016

Rusiya Prezidenti Vladimir Putin Kemerovo şəhərinə gəlib.

BAKU.WS xarici mediaya istinadla xəbər verir ki, səfər zamanı Putin 64 nəfərin ölümünə, 50 nəfərin yaralanmasına səbəb olan faciənin baş verdiyi Kemerovodakı ticarət mərkəzində olub.

Rusiya prezidenti hadisənin baş vermə səbəbini açıqlayıb. O bildirib ki, hadisəyə səhlənkarlıq səbəb olub.

Putin ölənlərin ailələrinə və yaxınlarına dərin hüzünlə başsağlığı verib.

Rusiya prezidenti Sibir Federal Dairəsinin səlahiyyətli nümayəndəsi Sergey Menyaylo ilə birlikdə yanğının baş verdiyi əraziyə baxış keçirib və tapşırıqlarını verib.

Rəşad ƏliyevBAKU.WS

Son xəbərlər