Videosu yayılan qadınlar sərbəst buraxıldı

01
apr
2019
19:17
Qalmaqallı video ilə bağlı saxlanılan 3 qadın ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.BAKU.WS Ölkə.az-a istinadən xəbər verir ki, qalmaqallı video ilə əlaqədar 2 kişi və 3 qadın Nəsimi Rayon Polis İdarəsinə dəvət olunub.Polisə ifadə verən qadınlar videonun yayılmasıı ilə bağlı narahat olduqlarını bildiriblər. İzahatları alınandan sonra hər 3 qadın sərbəst buraxılıb.Qeyd edək ki, paytaxtdan kənardakı bağ evlərindən birində Bakı şəhər sakini Valeh İsrafilov və Rusiya Federasiyası vətəndaşı, əvvəllər məhkum olunmuş Cahid Kərimov tərəfindən təşkil olunan məclisdə iştirak edən 3 qadının mahnı oxuyan yerdə çılpaq görüntüləri yayılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ictimai qınağa tuş gələn görüntülər məhz C.Kərimov tərəfindən çəkilərək sosial şəbəkədə yayımlanıb.BAKU.WS
Oxşar xəbərlər
Adil Vəliyev: “Həmin video ilə bağlı övladlarımın adının hallanması...”
“Dünən yayılan və ölkə gündəmini zəbt edən qızların videosu ilə bağlı xaricdə yaşayan Məhəmməd Mirzəli tərəfindən ortaya atılan iddia gülünc və mənasızdır. Bura...
