Vəzifəli şəxs həbs edildi: Ölkəyə gətirilən maşınları rüşvət alıb aşağı qiymətə rəsmiləşdirirmiş

Vəzifəli şəxs həbs edildi: Ölkəyə gətirilən maşınları rüşvət alıb aşağı qiymətə rəsmiləşdirirmiş
Hadisə 835

Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin həbsdə olan inspektoru Şahin Rövşən oğlu İskəndərov kassasiya şikayəti verib.

BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, sabiq inspektor Ali Məhkəməyə müraciət edib. Onun işinə hakim İlqar Qılıcovun sədrliyi ilə baxılacaq. Məhkəmə iclası 30 yanvar 2025-ci il tarixinə təyin olunub.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə və risklərin idarə olunması şöbəsinin inspektoru İskəndərov Şahin Rövşən oğlu qanunsuz əməllərinə görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

İstintaq zamanı Şahin İskəndərovun ölkəyə gətirilən avtomobillərin gömrük dəyərinin aşağı qiymətə rəsmiləşdirilməsi müqabilində birbaşa və kart hesabına köçürülmə yolu ilə rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Əldə edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.İskəndərov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

SON DƏQİQƏ: Həbs edilən gömrük əməkdaşlarının adları açıqlandı

SON DƏQİQƏ: Həbs edilən gömrük əməkdaşlarının adları açıqlandı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rüş...

2549 Hadisə 19:46 26 yanvar 2023

Son xəbərlər