Vətəndaşlarla aqressiv danışan Bələdiyyə işçisi cəzalandırılıb – VİDEO

Vətəndaşlarla aqressiv danışan Bələdiyyə işçisi cəzalandırılıb – VİDEO
Video
Hadisə 422

Bakının Binəqədi rayonunda yerləşən Biləcəri qəsəbəsində vətəndaşlarla yerli Bələdiyyə nümayəndəsi arasında narazılıq yaşanıb.

BAKU.WS xəbər verir ki, Məmməd Səid Ordubadi küçəsində baş verən olaya səbəb vətəndaşların ümumi yolun Bələdiyyə nümayəndəsi tərəfindən satışa çıxarılması olub.

Sakinlər redaksiyamıza göndərdikləri videoda özünü Daşdəmir Muradov kimi təqdim edən nümayəndə ilə aralarındakı dialoqu lentə alıblar. Vətəndaşlar Bələdiyyə rəsmisindən yolun hansı səbəbdən satışa çıxarılmasını soruşur və buna etiraz ediblər. Daşdəmir Muradov isə sakinlərin iradına aqressiv şəkildə etiraz etməklə kifayətlənib.

Baş verənlərə aydınlıq gətirmək məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq və sakinlərin iradlarının nə dərəcədə doğru olmasını dəqiləşdirməyə çalışdıq. Qurumdan BAKU.WS-ə bildirildi ki, qeyd edilən görüntülərin araşdırılması məqsədilə Rayon İcra Hakimiyyəti tərəfindən aidəyyəti üzrə Biləcəri bələdiyyəsilə əlaqə saxlanılıb:

“Bələdiyyədən verilən məlumatda həmin ərazidə vətəndaş topraq sahəsinin qanunsuz şəkildə digər qonşu tərəfindən zəbt edilməyə çalışıldığı barədə daxil olan müraciətin araşdırılması məqsədilə bələdiyyənin məsul şəxsi qismində Daşdəmir Muradov əraziyə göndərilib.

Hər iki vətəndaşın iştirakı ilə qanunla onlara məxsus torpaq və yaşayış sahələrinin sərhədləri göstərildikdən və qonşuluq zəminində yaranan mübahisəyə hüquqi qiymətin verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə edildikdən sonra bundan narazı qalan digər tərəfin başqa iddialarla çəkiliş etdiyi bildirilib.

Eyni zamanda görüntülərdə bələdiyyə qulluqçusuna yaraşmayan hərəkət və münasibət göstərdiyi üçün Biləcəri bələdiyyəsinin memarı Daşdəmir Muradov haqqında bələdiyyə aparatının iclası keçirilərək lazımi inzibati tədbirlər görülüb”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər