Vətəndaşların NƏZƏRİNƏ: ƏDV-ləri geri alarkən DİQQƏTLİ OLUN - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə “ƏDV GERİ AL” prosesi saxtalaşdırılıb. Bununla bağlı məlumatlar müxtəlif müzakirə qruplarında paylaşılıb. Belə ki, vətəndaşları aldatmaq üçün saxta “www.edv-geri.com” saytı yaradılıb.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən (ETX) Oxu.Az-a faktı təsdiq ediblər.
ETX-dən bildirilib ki, kiberdələduzlar tərəfindən “www.edv-geri.com” adı altında saxta veb-sayt yaradılıb:
“Veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə FİN-kodlarını, daha sonra isə yığılan ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad göstərməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi tövsiyə edir”.
Qalereya
Oxşar xəbərlər
Bank kartlarından pul oğurlayan daha bir dəstənin üzvləri saxlanılıb - FOTO/VİDEO
BMCMİ bank kartlarındakı pul vəsaitlərini talayan daha bir dəstənin üzvlərini saxlayıb. Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildiri...