Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs tutulub

Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs tutulub
Hadisə 110

Vətəndaşların külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən şəxs tutulub.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.

Vətəndaşların şikayətləri araşdırılıb və onların F.Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, F.Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.

F.Abdinovun qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, bu barədə DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakıda qadın ərinin pulu ilə sevgilisinə “Range Rover” aldı

Bakıda qadın ərinin pulu ilə sevgilisinə “Range Rover” aldı

Ərinin pullarını oğurlayıb sevgilisinə bahalı avtomobil alan qadın cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.BAKU.WS “ölkə.az”a istinadən xəbər ver...

12342 Hadisə 10:17 01 oktyabr 2018

Son xəbərlər