Vətən Müharibəsi qazisi vəfat edib
Lerik rayonunda Vətən Müharibəsi qazisi və müəllim kimi tanınan Şamo İbadov vəfat edib.
BAKU.WS xəbər verir ki, onun ölümü rayon ictimaiyyəti və onu tanıyanlar tərəfindən böyük üzüntü ilə qarşılanıb.
Bildirilir ki, Şamo İbadov pedaqoji fəaliyyətini dayandıraraq 44 günlük Vətən Müharibəsində könüllü şəkildə iştirak edib və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük fədakarlıq göstərib.
Müharibədən sonra səhhətində ciddi problemlər yaranan qazinin ağır xəstəlikdən əziyyət çəkdiyi qeyd olunur. Buna baxmayaraq, o, hər zaman iradəsi, mübariz ruhu və vətənpərvərliyi ilə seçilib.
Qalereya
Oxşar xəbərlər
İstanbulda qanunsuz mərc işi üzrə 25,5 kq qızıl ələ keçirilib
Türkiyənin İstanbul vilayətində qanunsuz mərc fəaliyyətindən əldə olunan gəlirlərin yuyulması ilə bağlı istintaq çərçivəsində iki şirkətə məxsus 25,5 kiloqram q...