Vətən Müharibəsi qazisi intihar etdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Vətən Müharibəsi qazisi Vüsal Musayev müalicə aldığı hərbi hospitalda intihar edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, Məlumat Müdafiə Nazirliyi tərəfindən təsdiqlənib.
News24.az-a açıqlama verən nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib ki, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində 2020-ci ilin dekabrın 7-dən psixoz diaqnozu ilə müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Musayev bu gün intihar edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, II Qarabağ Müharibəsinin iştirakçısı qazi Vüsal Musayev gərgin döyüşlər nəticəsində kəllə-beyin travması almışdı. Şəhidimizin 2 azyaşlı körpəsi var. V.Musayev Kəlbəcərin Zəylik kəndindən idi. Yaxınlarının verdiyi məlumata görə, o, Talış istiqamətində aldığı xəsarət nəticəsində yaddaşını itirmişdi.
Qalereya
Oxşar xəbərlər
Toyuna hazırlaşan Elçin şəhid oldu - VİDEO - YENİLƏNİB
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu Ağstaf...