Vətən müharibəsi iştirakçısı tanışını bıçaqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdaş rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, toydan sərxoş halda çıxan şəxslər arasında mübahisə düşüb.
Nəticədə Ağdaş rayonunun Mürsəl kənd sakini, 2000-ci il təvəllüdlü Səbuhi Abdullayev Malay kənd sakini, 1993-cü il təvəllüdlü Alim Alcanovu bıçaqlayıb.
O, xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmə-tibbi ekspertiza təyin olunub. Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, S.Abdullayev Vətən müharibəsi iştirakçısıdır.
Oxşar xəbərlər
Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏ
Bakıda kişinin qardaşı arvadını öldürməsi ilə bağlı cinayət işinin təfərrüatları məlum olub. BAKU.WS xəbər verir ki, lent.az sözügedən dəhşətli qətlin istintaq...