“VAZ-21015”in mühərriki alışıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 58-ci məhəllədə minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-in mətbuat xidmətindən bildirilib.
Dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Naxçıvan şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “VAZ-21015” markalı minik avtomobilinin mühərrik hissəsi, ön təkərləri və sürücü paneli qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...