Üzərində “revolver” tapança, zirzəmisində marixuana tapıldı - FOTO

Üzərində “revolver” tapança, zirzəmisində marixuana tapıldı - FOTO
Foto
Hadisə 188

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ziya Həsənov saxlanılaraq RPŞ-yə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şöbədə şübhəli şəxsin üzərindən 1 ədəd atəşə yararlı “revolver” tipli tapança və 14 ədəd 7.62 mm-lik patron aşkar edilərək götürülüb. Bundan başqa saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evin zirzəmisindən 440 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.

Bundan başqa polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində üzərindən narkotik vasitə olan metamfetamin aşkar edilən Cəmil Abbasovun rayon ərazisində 3 oğurluq hadisəsi törətməsi müəyyən edilib. Rayon sakininə məxsus avtomobildən 320 manat dəyərində oğurluq edən şübhəli şəxs daha sonra metal qəbulu məntəqlərindən oğurladığı ümumi dəyəri 600 manat olan əlvan metalı elə həmin məntəqələrə satıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO

Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...

574 Hadisə 12:23 12 noyabr 2021

Son xəbərlər