Uşaq bağçası və restorandan oğurluq edən şəxs saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən uşaq bağçalarından birindən oğurluq edilib. Naməlum şəxs pəncərədən içəri daxil olaraq oradan kompüter avadanlıqları və müşahidə kamerasının yaddaş blokunu oğurlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, Ağdaş rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Habil Seyidov saxlanılıb.
Ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən “Rus Dili Mərkəzi”ndən, həmçinin 3 kafe və 1 “play station” salonundan ümumilikdə 4 televizor, oyun aparatları və sair qiymətli əşyalar oğurladığı məlum olub.
Habil Seyidov zərərçəkən obyekt sahiblərinə ümumilikdə 10 min manata yaxın maddi ziyan vurub.
Qeyd edilən xüsusatlarla saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Silsilə cinayətlər törətməkdə şübhəli bilinən Habil Seyidov tutularaq istintaqa cəlb olunub, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Bakıda həkimləri talan edən “xəstə” ələ keçdi – FOTO
Paytaxtda yerləşən özəl klinikalardan həkim və tibbi personala məxsus kabinetlərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin...