Ümrə ziyarətində vəfat edən azərbaycanlı zəvvar Mədinədə dəfn olunub - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycandan Səudiyyə Ərəbistanına, Ümrə ziyarətinə yola düşən zəvvar Mürsəlov Əli Maqmed oğlu Mədinə şəhərində vəfat edib.
BAKU.WS xəbər verir ki, Zəvvar Ə.Mürsəlov ziyarətin 3-cü günündə qəfildən ürək çatışmazlığından və infarkt səbəbindən 80 yaşında dünyasını dəyişib.
Bildirilib ki, mərhum bu gün səhər saatlarında Mədinə şəhərində, Uhud şəhidlərinin yerləşdiyi qəbristanlıqda ailəsinin razılığı ilə dəfn olunub.
Həmçinin məlumatda qeyd olunub ki, mərhum zəvvar 3-cü aydır ki, Ümrə ziyarətinin növbəsini gözləyirmiş.
Dəfn işləri Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyi və Səudiyyə Ərəbistanında yerləşən Al-Rawda şirkətinin vasitəçiliyi ilə həyata keçirilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda 46 yaşlı kişi qızına və 7 yaşlı uşaqlara TƏCAVÜZ ETDİ - TƏFƏRRÜAT
Azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə və narkotik vasitələrin istifadə etməsində təqsirli bilinən Şəki şəhər sakini, 1973-cü il təvəllüdlü Əl...