Ukrayna ordusunun həlak olan azərbaycanlı hərbçisi son mənzilə yola salınıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Kiyevdə bu gün Ukrayna ordusunun həlak olan azərbaycanlı hərbçisi Kərim Qulamovun son mənzilə yola salınma mərasimi baş tutub.
BAKU.WS Report-a istinadla xəbər verir ki, azərbaycanlı hərbçi ilə vida mərasimi paytaxtın mərkəzində kilsələrdən birində baş tutub.
Qeyd edək ki, əslən Azərbaycandan olan Ukrayna vətəndaşı Kərim Qulamov 17 iyulda Rusiya ilə müharibədə həlak olub.
K.Qulamov Ukraynanın Donbas bölgəsində Antiterror Əməliyyatının veteranlarından olub, 73-cü xüsusi əməliyyatda yaxından iştirak edib. O, 2018-ci ildə Ukraynanın “M2” telekanlında hərbi hit-paradın aparıcısı olub. Kərim Qulamov Andriy Antonenko (“Riffmaster”) ilə bir yerdə işləyib. O, Antonenko ilə bir yerdə döyüşlərdə həlak olub.
K.Qulamov Kiyev vilayətinin Obuxov şəhərində məktəbi bitirib, İrpendə yaşayıb.
Əslən Azərbaycanın Lənkəran rayonundan olan K.Qulamovun iyulun 26-da 35 yaşı tamam olacaqdı.
Qalereya
Oxşar xəbərlər
Ukraynada daha bir azərbaycanlı döyüşçü həlak oldu - FOTO
Ukraynada gedən ağır döyüşlərdə daha bir azərbaycanlı - Kərim Qulamov həlak olub. BAKU.WS xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkədə məlumat yayıb. Qul...