Qudyalçay üzərində uçan körpüyə alternativ yol çəkildi - FOTO/VİDEO

Bu ilin avqustunda güclü sel sularının uçurduğu Qudyalçay üzərindəki körpünün yerində yenisinin inşası davam edir.
BAKU.WS xəbər verir ki, körpü inşa edilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə yeni alternativ yol çəkilib.
Bildirilib ki, 200 metr uzunluğa malik sözügedən müvəqqəti yol körpüdən təxminən 50 metr qərb istiqamətdə inşa olunub.
Xatırladaq ki, sürücülər müvəqqəti alternativ yol kimi Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən keçən yoldan da istifadə edə bilərlər. Sözügedən yol boyunca hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı nişanlar quraşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda körpü uçdu, maşın çaya düşdü - Xəsarət alan var - FOTO/VİDEO - YENİLƏNİB
İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 2...