Ucarda ölümlə nəticələnən yol qəzası baş verib

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib
Hadisə 157

Ucarda ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Qazax magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.

"Lada" markalı minik maşınının sürücüsü Qazax istiqamətində hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə maşın aşıb və sürücü hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər